Türk idmançıları Avropa çempionatında qızıl medal qazanıb

Qadın voleybolçulardan ibarət Türk milli komandası 2023-cü il CEV Avropa Çempionatının finalında Serbiyanı setlərdə 3-2 hesabı ilə məğlub edərək çempion olub. 

QHTaz xəbə verir ki, çempionatda İtaliyanı 3-2 hesabı ilə məğlub edən və finala yüksələn Qadın Voleybol Milli Komandası finalda Serbiya ilə qarşılaşıb. Belçikanın paytaxtı Brüsseldə keçirilən qarşılaşmada dördüncü setin sonunda yaxşı oynayan və 25-22 hesabı ilə qalib gələn Aypara-Ulduzlar mübarizəni qərar setinə qədər aparıblar. Son setə təsirli başlayan “Sultans of Net” 15-13 hesabı ilə qalib gələrək vəziyyəti 3-2-yə çatdıraraq Avropa çempionu olub. 

 

Pərvanə Fərhadqızı