Bədi- sənədli filmin çəkilişi layihəsi davam edir - FOTOLAR
“Qayıdış" İctimai Birliyinin “Biz həmişə sizinləyik” Şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmiş qısametrajlı bədii-sənədli filmin çəkilişi layihəsi davam edir.
Birliyin sədri Hasil Tağıyev QHT.az-a bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir: “Filmin çəkilişləri yekunlaşıb, montaj və səsləndirmə işləri davam edir. Film Şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr edilmiş sənədli film, onun keçdiyi şərəfli zabit yolundan, Aprel döyüşlərində, 44-günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan və qələbəyə saatlar qalmış şəhidlik zirvəsinə ucalmasından bəhs edir. Bu ayın sonu filmin təqdimatı olacaq. İmişli rayon 5 saylı məktəbdəki Şəhid mayor Emin Süleymanov adına sinif otağından çəkilişlər aparılır, müəllimlər xatirələrini danışırlar. Məktəbin həyətindəki şəhidlər bulağının yanında məktəblilərin şəhidlərimizin xatirəsini əziz tutulduğunu əks etdirən video çəkilişlər olacaq".
Qeyd edək ki, layihə rəhbəri Şəkər Tağıyeva, ssenari müəllifi Xaqani Əliyev, rejissor Namiq Ağayevdir.




Pərvanə Fərhadqızı