Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçünün meyitinin qalıqları dəfn olundu

Azərbaycan Ordusunun Birinci Qarabağ müharibəsində itkin düşən döyüşçüsü ekspertiza nəticəsində Şəmsəddin Allahverdiyevə məxsus meyitin qalıqları aşkar olunub. Kütləvi məzarlıqda aşkarlanan meyitin qalıqları bu gün 30 ildən sonra Füzuli rayonunda dəfn olundu.

QHT.az xəbər verir ki, Şəmsəddin Allahverdiyev 1971-ci il iyulun 1-də Füzuli rayonunun İşıqlı kəndində anadan olub. O çoxsaylı hərbi əməliyyatlarda və erməni silahlı birləşmələrinin azərbaycanlıların yaşadığı yaşayış məntəqələrinə hücumlarının qarşısının alınmasında iştirak edib. O 1993-cü il mart ayının 27-də Füzuli rayonu Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.

Qeyd edək ki, Füzuli rayonun Mahmudlu kənd qəbiristanlığında şəhidin dəfn mərasimində millət vəkili Vüqar Bayramov da iştirak edib.

Allah rəhmət eləsin!

 

 

Pərvanə Fərhadqızı