Erməni vandallarının dağıtdığı Şuşanı rəsmlərdə gələcəyə ötürək - FOTOLAR

Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Türk dünyasının mədəniyyət paytaxtı- Şuşa” yeniyetmə, gənclərin gözü ilə rəsmlərdə mövzusunda rəsm müsabiqələrinin və görüşlərin təşkili”  layihəsini icrasını davam etdirir.

QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Layihə illərlə həsrətində olduğumuz, ruhumuzun, mədəniyyətimizin paytaxtı Şuşaya, Vətən Müharibəsi qələbənin, qəhrəmanların və onların döyüş yolunun yeniyetmələr və gənclər  arasında təbliğinə həsr olunur.

Layihə rəhbəri Mətanət Əsgərqızının məlumatına görə senyabrın 13-də tərəftaş təşkilat olan Beynəlxalq Qalerayının ofisində Şuşaya gedəcək rəssamların kiçik bir qrupu ilə görüş olub və sosial şəbəkədə canlı yayımda layihənin məlumatlandırmasını, ictimai müzakirəsini keçirib. Layihə barədə geniş məlumat verib: “Əsas niyyət həm də erməni vandallarının dağıtdığı Şuşanı rəsmlərdə gələcəyə ötürməkdir”.

Münsiflər heyətinin sədri Elnurə İsgəndərova Beynəlxalq Qalereyanın belə ciddi layihədə tərəfdaş olduğuna görə minnətdarlığını bildirib: “Rəssamlar Şuşa səfərinə çox həvəslə hazırlaşır. Onlar orada gözəl vətənpərvərlik rəsmləri yaradacaqlar”. Rəssam Misir Maqsudlu çox həyəcanlı olduğunu bildirərək, çəkəcəyi rəsmi artıq xəyalında qurduğunu qeyd etdi.

Sonda Şuşa səfərinin detalları müzakirə olundu.

 

 

Pərvanə Fərhadqızı