“Qadın Gündəliyi” – Milli Dialoq Platformasının təşəbbüsü ilə görüş keçirilib
Bu gün “Qadın Gündəliyi” – Milli Dialoq Platformasının təşəbbüsü ilə media və gender sahəsi üzrə ekspertlərin işçi qrupu səviyyəsində ilkin görüşü keçirilib.
Təmiz Dünya Qadınlara Yardım Ictimai Birliyinin sədri Mehriban Zeynalova QHT.az-a bildirib ki, görüş zamanı bir çox problemli məqamlar o cümlədən, KİV-də yayılan məlumatlarda qadınlara qarşı ayrıseçkiliyin tətbiqi, məqalə başlıqlarında gender həssas dilindən istifadə olunmaması, mətbuatda gedən yazılarda məqsədyönlü şəkildə qadınlarla bağlı mənfi fikir formalaşdıracaq məlumatların yersiz qabardılması və s. bu kimi məsələlər müzakirə olunub.
Qeyd edək ki, Azərbaycanda gender bərabərliyi, qadınların səlahiyyətləndirilməsi və inkişafı üzrə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin səyləri nəticəsində 1 ildən artıqdır ki, “Qadın Gündəliyi” - Milli Dialoq Platformasının yaranması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilir.
Pərvanə Fərhadqızı