"Regiondakı yeni düzən Azərbaycanın geo-siyasi mövqeyini gücləndirməkdədir" - Vüqar Bayramov
Bu gün Qarabağ üçün tarixi günlərdən biridir. Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.
Bunun re-inteqrasiyanın başlanğıcı olduğunu deyən millət vəkili Vüqar Bayramov açılan yeni səhifənin yalnız Qarabağ üçün deyil, bütövlükdə Qafqaz üçün sülh və sabitlik gətirə biləcəyini də vurğulayıb: "Azərbaycan 24 saatlıq anti-terror əməliyyatlarından sonra Qarabağda suveren hüquqlarını tam formalaşdırır. Bu artıq yeni mərhələ, yeni çağrışlardır. Regiondakı yeni düzən Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirməkdədir".
Pərvanə Fərhadqızı