Nigeriyada universitetə ​​silahlı hücum, 35 nəfər qaçırılıb

Nigeriyanın Zamfara əyalətində silahlı qrup universitetə ​​hücum edərək 35 nəfəri qaçırıb.

QHT.az xəbər verir ki, Zamfara əyalət qubernatorluğunun sözçüsü Mugira Yusuf bildirib ki, hücumda 24-ü tələbə olmaqla 35 nəfərin qaçırıldığını qeyd edib.

Qeyd edək ki, Zamfara əyaləti 5 ildir silahlı dəstələrin hücumları ilə üzləşir. Adam oğurluğuna görə cəza ölüm olsa da, ölkədə fidyə müqabilində adam oğurluğu adi haldır.

 

 

Pərvanə Fərhadqızı