3 qardaşın acı taleyi

2020-ci ilin 15 noyabr tarixində piyada əleyhinə mina partlaması nəticəsində Cəbrayıl rayonunun Dağ Xələfli kəndindən olan Əhmədovlar ailəsinin 2 üzvü Əhmədov Yasin Ələsgər oğlu həlak olmuş, Əhmədov Asif Ələsgər oğlu isə ağır dərəcəli bədən xəsarəti alıb.

QHT.az xəbər verir ki, Asif hərbiçi, qardaşı Yasin onun yanına, əsgərlərə kömək etmək üçün gedirdi. Bu zaman qardaşı Asif minaya düşür. Yasin ona kömək etmək istəyərkən o da minaya düşür. Yasin Şəhid olur. Asif isə ayağını itirir. Azərbaycan Ordusunun 2023-cü ildə başlatdığı antiterror əməlliyatı zamanı isə üçüncü qardaş Əhmədov Yusif Ələsgər oğlu qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 

Allah rəhmət eləsin! Ruhları şad olsun!

 

Pərvanə Fərhadqızı