Xankəndidə partlayış: 20 ölü, 290 yaralı

Xankəndi yaxınlığındakı yanacaq məntəqəsində çənin partlaması nəticəsində ölən və xəsarət alanlarla bağlı məlumat yenilənib.

 

QHT. az Axar.az-a istinadən  xəbər verir ki, rus sülhməramlılarının tibb mərkəzi də daxil olmaqla, 3 tibb müəssisəsinə ümumilikdə müxtəlif xəsarətlərlə 290 nəfər gətirilib.

 

7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, onlarla şəxs ağır vəziyyətdədir, 13 meyitin isə şəxsiyyəti tanınmayıb və morqa yerləşdirilib.

 

İtkin düşənlərin olduğu bildirilir.