Rektor Ədalət Muradov: “İkili diplom proqramında tələbələr hər iki universitetin diplomunu qazanacaqlar”
Azərbaycan Dövlət İqtisad Universiteti bu tədris ilində Türkiyənin Ege Universiteti ilə "Qida Mühəndisliyi" ixtisası üzrə ikili diplom proqramına başlayıb.
QHT.az xəbər verir ki, Universitetin rektoru prof. Ədalət Muradov Türkiyənin Ege Universiteti ilə “Qida mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramında təhsil alan 19 tələbə ilə görüşüb. Proqramın ilk tələbələrini təbrik edən rektor, qida mühəndisliyi ixtisasının önəmindən danışıb, ölkədə bu sahə üzrə kadr çatışmazlığının olduğunu vurğulayıb. Azərbaycan Dövlət İqtisad Universitetində və Ege Universitetində qida mühəndisliyi ixtisası üzrə bilik və bacarıqlara yiyələnəcək tələbələrin bu istiqamətdə mühüm rol oynayacağından əminliyini bildirib: “Bu proqrama daxil olan tələbələr 1-ci və 4-cü kursu Azərbaycan Dövlət İqtisad Universitetində, 2-ci və 3-cü kursu isə Ege Universitetində oxuyacaq: “Hər iki universitetin diplomunu qazanacaqlar. Bu gün həmin ikili diplom proqramına qəbul olmuş tələbələrlə görüşdük, onlardan gözləntilərimizı çatdırdıq, uğurlar arzuladıq, suallarını cavablandırdıq”.
Pərvanə Fərhadqızı