Müəllim və tələbələr şəhid olmuş UNEC məzun və tələbələrin məzarını ziyarət ediblər - FOTOLAR

27 sentyabrda - Anım Günündə Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbələri şəhid olmuş UNEC məzun və tələbələrin məzarını ziyarət ediblər.

QHT.az xəbər verir ki, Suraxanı rayonu, Dədə Qorqud məzarlığındakı Şəhidlər Xiyabanında Mürsəl Kazımlının, Biləcəri Şəhidlər Xiyabanında Teymur Zeynalovun, Saray məzarlığında Vidadi Zalovun, Lökbatan Şəhidlər Xiyabanında Məzdək Eyvazlının, Əhmədli məzarlığında Eldar Əliyevin, Suraxanı rayonu Qaraçuxur məzarlığında Tural Dadaşovun, Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında Rüfət Əsgərovun, Qəbələ rayonunda Məhəmməd Qarayevin, Sabirabad rayonunun Qalağayın kəndində Süleyman Qarayevin, İsmayıllı rayonunda Aqil Mirzəliyevin, Yevlax rayonunun Xaldan kəndində Bəhruz Məmmədovun, Qax rayonunun Almalı kəndində Anar Qarayevin, Biləsuvar rayonunun Cəbrayıl qəsəbəsində Böyükağa Şahverdiyevin, Ağdaşın Qarağan Sədi kəndində Naib Namətovun, Gədəbəyin Qoşabulaq kəndində Nofəl Quluyevin, Ağstafanın Dağ Kəsəmən kəndində Hikmət Şıxməmmədovun, Keşlə qəsəbəsi Şəhidlər Xiyabanında Hüseyn Muradovun, Xırdalan şəhərindəki Şəhidlər Xiyabanında Əli Ələkbərovun, Pirşağı kənd məzarlığında Mahir Mirzəyevin, Sumqayıt şəhəri Şəhidlər Xiyabanında İşax Verdiyev, Əbil Cəbizadə, Fərhad Fərhadlının, Buzovna Şəhidlər Xiyabanında Ağaəmi Heybətovun, Kürdəxanı məzarlığında Əhmədağa İskəndərovun əziz xatirələrini hörmətlə yad ediblər.

Allah rəhmət eləsin!

 

Pərvanə Fərhadqızı