Antiterror əməliyyatı zamanı şəhid olan yüksəkrütbəli şəxs - VİDEO
Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında yüksəkrütbəli şəxslər də var idi.
QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Rüstəmov Vüsal Rüstəm oğlu 5 may 1984-cü il tarixində Xaçmaz rayonunda anadan olub. Qusar rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edən hərbçimiz Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı 19 sentyabr tarixində qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin! Ruhu şad olsun!
Pərvanə Fərhadqızı