Paris "yataq böcəkləri" ilə problem yaşayır, hökumət təcili tədbirlər görür
Parisdə yataq böcəyi problemi getdikcə böyüyür.
QHT.az xəbər verir ki, paytaxt Parisdə kinoteatrlardan sonra metroda ortaya çıxan böcək problemi şəhər sakinlərinin “kabusuna” çevrilib. Bəzi şəhər sakinləri buna görə kinoya getməyi dayandırsa da, bu, kinoteatrların bilet satışına mənfi təsir göstərib. Paris Bələdiyyəsi hökuməti paytaxtda böyüyən bu problemə qarşı tədbir görməyə çağırıb. Qeyd edək ki, Fransa 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarına hazırlaşır. Problemlə mübarizə aparmaq üçün vətəndaşlara mixəkdən istifadə tövsiyə edilib.
Milli Sağlamlıq Təhlükəsizliyi Agentliyinin məlumatına görə, Fransada hər 10 ailədən 1-də yataq böcəyi problemi var. Fransızlar yataq böcəyi problemi ilə mübarizə üçün ildə 230 milyon avro xərcləyirlər.
Pərvanə Fərhadqızı