UNEC tələbələrinin diqqətinə: Yelo Bankda təcrübə proqramı

“Yelo Career Challenge” layihəsi çərçivəsində UNEC tələbələri üçün bankın peşəkar heyəti tərəfindən təlimlər təşkil olunacaq.

QHT.az xəbər verir ki, Yelo onlayn seçim testlərindən yüksək nəticə ilə keçən namizədlər təlimdə iştirak etmək hüququ qazanacaqlar. Təlimlərin sonunda qalib olan tələbələr Yelo Bankda 1 aylıq ödənişli təcrübə proqramına qatılma şansı əldə edəcəklər. İştirakçılar Karyera Həftəsinin bütün təlimlərində iştirak etməlidirlər.

Tələbə sayı: 30 nəfər

Müddət: 8 iş günü

Qeydiyyat linki: https://s.surveyplanet.com/ly693fnl

Ünvan: UNEC, əsas tədris binası (İstiqlaliyyət küçəsi, 6)

Təlimin proqramı: https://news.unec.edu.az/.../telimim_proqrami_290923.pdf

 

 

Pərvanə Fərhadqızı