Samux rayonunda "Valideyn- övlad münasibəti" mövzusunda təlim – FOTOLAR

Bələdiyyə Resurs və Təlim Mərkəzi İctimai Birliyi tərəfindən icra olunan "Məsuliyyətli valideyn ailə dəyərinin təməlidir adlı tədbirlərin təşkili" layihəsinin icrası davam edir.

Birlikdən QHT.az –a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  təşkil olunur. Layihənin icra planına uyğun valideynlər arasında maariflənmə işləri davam etdirilir. Sentyabrın 29-da Samux rayonu Çobanabdallı kəndində (Çobanabdallı kənd tam orta məktəbdə) daha 25 valideynə "Valideyn- övlad münasibəti" mövzusunda təlim keçirilib. Təlim zamanı ideal valideynlik, valideyn məsuliyyəti, valideyn- övlad münasibətində anlaşılmazlıq, konfliktlər və onların həlli yolları, həmçinin, valideyn- övlad arasında sağlam münasibətə təsir edən amillərdən söhbət aparılıb. Təlim boyu müxtəlif rol oyunları, energizerlər və qrup işləri təşkil olunub.

Qeyd edək ki, təlim valideynlər tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş müzakirələr aparılıb.

 

 

Pərvanə Fərhadqızı