Niyə Ermənistanda Azərbaycanlı yaşamır? QHT sədrinin cavabı
Bir sıra aparıcı ölkələrdə Qarabağda sözdə "etnik təmizləmə" şousunu təşkil edənlərin diqqətinə!
Niyə son 30 ildə keçmiş Dağlıq Qarabağ ərazisində bir nəfər belə Azərbaycanlı yaşamırdı?
QHT.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Vüqar Bayramov bildirib ki, çünki 1989-1992-ci illərdə 40,688 Azərbaycanlı etnik təmizləməyə məruz qalıb: “Bəs niyə Ermənistanda Azərbaycanlı yaşamır? Çünki 1989-cu ildə 160,841 Azərbaycanlı zorla Ermənistandakı ata-baba yurdlarından qovulublar. Bu reallıqdır. Amma bütün bunlara baxmayaraq regionda dayanıqlı sülhün əldə edilməsində maraqlı olan Azərbaycan Qarabağ iqtisadi rayonunda etnik ermənilərin intensiv re-inteqrasiyasını dəstəkləyir və təşviq edir”.
Pərvanə Fərhadqızı