Insan alveri və məişət zorakılığı ilə mübarizə mövzusunda ictimai dinləmə - FOTOLAR

Sentyabrın 30-da Sumqayıt şəhər Heydər Əliyev adına Mərkəzdə Sumqayıt şəhər İcra Hakimiyyəti, Polis, Prokurorluq, Sosial Xidmətlər Agentliyinin, Sumqayıt şəhər Tibb Mərkəzinin, Sumqayıt şəhər Bələdiyyə, Mediya, Vətəndaş Cəmiyyətinin nümayəndələrinin iştirakı ilə insan alveri və məişət zorakılığı ilə mübarizə mövzusunda ictimai dinləmə keçirilib.

QHT.az xəbər verir ki, ictimai dinləmə zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısının müavini Ülviyyə Müzəffərova çıxış edərək insan alveri və məişət zorakılığı ilə bağlı mövcud vəziyyət barədə ətraflı məlumat verib. Ülviyyə xanım çıxışında insan alveri və məişət zorakılığı ilə mübarizədə preventiv tədbirlərə ön verildiyini qeyd edib. Müzakirə zamanı nümayəndələrin hər biri  bu sahədə görülən işlər və mübarizənin gücləndirilməsi ilə bağlı müvafiq təkliflər veriblər.

Tədbir zamanı Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə  həyata keçirdilən “İnsan alverinin qarşısının alınması və proflaktikasının gücləndirilməsinə yönəlmiş əhalinin maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili” layihəsi çərçivəsində görülmüş işlər və göstərilmiş xidmətlər barədə ətraflı məlumat verib.

Qeyd edək ki, layihə çərçivəsində insan alveri ilə mübarizə mövzusunda TV verlişlər, təlimlər, tədbirlər keçirilib. Qurbanlara sosial, psixoloji, hüquqi xidmətlər göstərilib.

 

 

Pərvanə Fərhadqızı