İspaniyada gecə klubunda yanğın: 13 nəfər ölüb

İspaniyanın cənub-şərqindəki Mursiya şəhərində gecə klubunda baş verən yanğın nəticəsində 13 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

QHT.az xəbər verir ki, yanğın səhər saat 6 radələrində məşhur Teatr gecə klubunda başlayıb və qısa müddətdə bütün binanı bürüyüb. Yanğının səbəbi hələlik məlum deyil. Murcia Yanğın Xidməti tərəfindən yayımlanan videoda yanğınsöndürənlərin gecə klubunda alovun qarşısını almağa çalışdıqları görünür. Polis və fövqəladə hallar xidmətləri mümkün çökmənin qarşısını almaq üçün klubun içərisini mühafizə etməyə çalışırdı.

Qeyd edək ki, rəsmilər ölənlərin sayının arta biləcəyini bildirib. Şəhər şurası Mursiya bölgəsində ictimai binalardakı bayraqları endirərək üç günlük matəm elan edib.

  

 

Pərvanə Fərhadqızı