Suriya türk qoşunlarının öz ərazisindən çıxarılmasını tələb edir
Suriya türk qoşunlarının öz ərazisində olmasını qeyri-qanuni işğal hesab edir: Türkiyə hərbi kontingentini çıxarmalıdır, əks halda ölkələr arasında münasibətlərin normallaşması mümkün deyil, Suriya xarici işlər nazirinin müavini Bassam əs-Sabah bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Suriyanın suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini tələb edən bir sıra qətnamələri var. Bundan başqa, Türkiyənin də bir hissəsi olduğu Astana formatı çərçivəsində oxşar bəyanatlar səslənib: "Türkiyə qoşunlarını geri çəkməlidir. Biz, əlbəttə ki, onlarla başqa aspektləri müzakirə etməyə hazırıq, lakin onlar (qoşunların) qalmasında israr etməməlidirlər. Bu, qeyri-qanuni işğaldır və Türkiyə ilə hər cür əlaqə və münasibətlər qurmaq cəhdlərinin qarşısını alacaq”.
Pərvanə Fərhdqızı