"Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma" mövzusunda konfrans - FOTO

Oktyabrın 2-si BMT-nin qərərı ilə dünyada Beynəlxalq Qeyri-zorakılıq Günu kimi qeyd olunur.

QHT.az xəbər verir ki, bununla bağlı bu gün "Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma" mövzusunda konfrans keçirilib. Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Mədəniyyət Nazirinin müavini Səadət Yusifova, Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, “Gənclərin Tərəqqisinə Dəstək” İctimai Birliyinin rəhbəri Eldar Nağıyev iştirak ediblər, çıxış ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Azərbaycanda uşaqların hüquqları həmçinin informasiya təhlükəsizliyi ilə bağlı hüquqları qanunla tənzimlənir: “Həssas təbəqədən olan uşaqların zorakılıq hallarından müdafiə edilməsini, onların təhlükəsizliyinin təmin edilməsini indiki dövrün vacib məsələlərindən biridir. Ölkəmizdə 2018-ci ildə "Uşaqların informasiya təhlükəsizliyi haqqında Qanun qəbul olunub. 2021- ci ildə Ekspert Şurası yaradıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların məsələlərini diqqətdə saxlayır”.

Mədəniyyət Nazirinin müavini Səadət Yusifova qeyd edib ki, ölkə ərazisində filmlərin dövlət reyestrinin aparılmasına çətinliklər yaratdığını, informasiya məhsulunun yayımında tamaşaçıların yaş təsnifatlarına əməl olunmasına nəzarət baxımından daha effektiv olacağını nəzərə alaraq, gələcəkdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanununa dəyişikliklər edilməsini və filmlərin tamaşaçı auditoriyasının yaş kateqoriyasının müəyyən olunmasının "Kinematoqrafiya haqqında" Qanuna və "Filmlərin yayımı və nümayişi Qaydaları"na əsasən həyata keçirilməsini təklif edirik".

Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov bildirib ki, mütəmadi olaraq tənzimləmədən kənarda qalan məsələlərlə bağlı suallar və narahatlıqlar qalmaqda davam edir: “Bu zərurət fonunda “İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində də müəyyən dəyişikliklərin edilməsinə ehtiyac var”.

 

 

Pərvanə Fərhadqızı