Nazir müavini Anar Kərimov Şirvan şəhərində vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov oktyabrın 3-də Şirvan şəhərində həmin şəhərin və Hacıqabul rayonunun sakinlərini qəbul edib.

 

Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə veteranları da olub.

 

A.Kərimov onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.

 

Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.