Dünyanın ən “ölümcül” təbii yerləri...Hər il yüzlərlə turist ölür
İlk 10 anti-reytinqdəki yerlərin əksəriyyəti dağ zirvələridir. Hər il yüzə yaxın alpinistin həyatına son qoyan 4810 metrlik alp zirvəsi Mont Blanc dünyanın ən ölümcül təbii turistik məkanı seçilib.
QHT.az xəbər verir ki, yeni faciəvi reytinq tərtib etmək üçün “Holidu” turizm şirkətinin komandası konkret məkanda baş verən orta ölüm və qəza sayını ziyarətçilərin sayı ilə müqayisə edib. İlk 10 anti-reytinqdəki yerlərin əksəriyyəti dağ zirvələridir. Beləliklə, Şotlandiyanın ən hündür dağı Ben Nevis ikinci, Yapon supervulkanı Fuji üçüncü, dünyanın ən hündür dağı Everest isə dördüncü yerdə qərarlaşıb. Afrikanın ən yüksək stratovolkanı Kilimancaro ilk beşliyi bağlayıb.
Dünyanın ən təhlükəli 10 təbii attraksionu
1. Mont Blanc, İtaliya/Fransa.
2. Ben Nevis dağı, Böyük Britaniya.
3. Fuji dağı, Yaponiya.
4. Everest dağı, Nepal.
5. Kilimancaro dağı, Tanzaniya.
6. Yosemit Milli Parkı, ABŞ.
7. Table Mountain, Cənubi Afrika.
8. Matterhorn dağı, İsveçrə.
9. Böyük Kanyon, ABŞ.
10. Moher qayaları, İrlandiya.
Məlum oldu ki, insanların kifayət qədər zərərsiz hesab etməyə adət etdiyi bir çox turizm fəaliyyəti əslində təəccüblü dərəcədə təhlükəli ola bilər.
Pərvanə Fərhadqızı