20 Noyabr - Ümumdünya Uşaq Günümüz Mübarək
BMT-nin Uşaq Hüquqları Konvensiyası noyabrın 20-də qəbul edilib.
QHT.az xəbər verir ki, bu, tarixdə ən çox ratifikasiya edilmiş insan hüquqları müqaviləsidir və bütün dünyada uşaqların həyatını dəyişdirməyə kömək edir.
Bu Ümumdünya Uşaqlar Günündə uşaqları və onların hüquqlarını, hətta ən çətin vəziyyətlərdə belə qorumaq üçün əlindən gələni edən hər kəsə təşəkkür düşür.
Qeyd edək ki, ölkəmizdə məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda görüşlər keçirilir. Görüşlərdə uşaqların müdafiəsinin daha səmərəli təşkili istiqamətində müvafiq təkliflər irəli sürülür, mövzu ətrafında fikir mübadiləsi aparılır, iştirakçları maraqlandıran suallar cavablandırılır. Görüşlərin paytaxtın digər inzibati rayonları üzrə də davam etdirilməsi nəzərdə tutulur.
Pərvanə Fərhadqızı