Hindistan Aydakı torpaq nümunələrini Yerə çatdırmağı planlaşdırır

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) Chandrayaan-3 missiyasının uğurlu enişindən ilhamlanaraq, iddialı yeni Ay missiyası, Chandrayaan-4 planlaşdırmağa başlayıb. Yeni missiya Ayın cənub qütbündən torpaq nümunələrini toplamaq və onları Yerə qaytarmaq məqsədi daşıyır.

QHT.az xəbər verir ki, birinci mərhələ nümunələrin toplanması üçün Ay səthinə eniş aparatının çatdırılmasını əhatə edir. Çox güman ki, eniş Chandrayaan-3-ün bu yaxınlarda uğurla eniş etdiyi yerə yaxın olacaq. Bu bölgə, Ayda həyatı təmin etmək və raket yanacağı istehsalı üçün istifadə edilə bilən su buzunun mümkün olması səbəbindən xüsusilə maraqlıdır.

İkinci kosmik gəmi "Çandrayaan-4" Ayın orbitinə iki modul göndərəcək. Onlardan biri Ay səthindən nümunələr götürüb orbitə qaytaracaq, digəri isə nümunələrin Yerə daşınmasına cavabdeh olacaq. Çox iddialı bir layihədir və onun yaxın 5-7 il ərzində uğurla başa çatacaq. 2030-cu il üçün nəzərdə tutulan bu layihə büdcəsinin böyük olması və bir çox texniki problem və məsələlərin hələ də həll olunmaması səbəbindən ciddi tənqidlərə məruz qalıb.

 

Pərvanə Fərhadqızı