“Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb”- iqtisadçı ekspert
Bu ilin ilk 10 ayında Azərbaycanı ziyarət edən turistlərin sayındakı dinamika saxlanılaraq Avropadan gələnlərin sayındakı artım davam edib. Həmin dövrdə ölkəmizə gələn tursitlərin sayı 30.3 faiz artasa da Avropalı ziyarətçilərin sayında artım 41.9 faiz olub. Həmin müddətdə 1 milyon 723 min xarici Azərbaycana səfər edib. Bu arada körfəz ölkələrindən gələnlərin sayında azalma davam edib. 2023-cü ilin ilk 10 ayında Ərəb dövlətlərindən Azərbaycana gələnlərin sayı 7.4 faiz azalıb.
QHT.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov məlumat verib. Ekspert qeyd edib ki, ən çox artım 3 Asiya ölkəsinin payına düşür: “Çindən gələnlərin sayı 7,3 dəfə, Cənubi Koreyadan 3,5 dəfə, Türkmənistandan 2,7 dəfə artıb. MDB ölkələrindən gələnlərin sayı da 49,6 faiz artaraq 692,6 min nəfərə çatıb. Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sektordur”.
Pərvanə Fərhadqızı