"Qarabağın Tərəqqisi Naminə” Ictimai Birliyi üzvü İlkin Namazlı maraqlı təcrübələr qazanıb
20-22 Noyabr tarixlərində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və ADA Universitetinin birgə təşkil etdiyi “QHT-lərin III İnkişaf Mübadilə Proqramı” çərçivəsində “Qarabağın Tərəqqisi Naminə” Ictimai Birliyi idarə heyəti üzvü İlkin Namazlı da iştirak edib.
QHT.az xəbər verir ki, bu proqram çərçivəsində “Layihələrin idarə edilməsinin əsasları” mövzusunda Ceyhun Məmmədbəyli qlobal təcrübələrdən və layihə keyslərindən danışaraq xüsusi təlim keçirib.
Qeyd edək ki, bu layihənin əsas məqsədi isə Qarabağın inkişafına dəstək olmaqdır. "Qarabağın Tərəqqisi Naminə" Ictimai Birliyi, bu layihə çərçivəsində Qarabağ regionunu daha da inkişaf etdirəcək layihələr təşkil etməyə və həyata keçirməyə nail olmağı planlaşdırır. İlkin Namazlı, tədbirdə əldə etdiyi təcrübə və bilikləri bu məqsəd doğrultusunda effektiv şəkildə tətbiq etməyə nail olmağı ümid edir.
Pərvanə Fərhadqızı