Tərtərdə gender əsaslı zorakılığa qarşı inkişaf...
BMT-nin İnkişaf Proqramı gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsindəki maarifləndirmə fəaliyyətlərini davam etdirir.
QHT.az xəbər verir ki, tərtərdə yerləşən Qadın Resurs Mərkəzinin təşkilatçılığı ilə BMTİP-nin həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində oğlan və qızlardan ibarət voleybol komandaları arasında turnir keçirilib. İdman vasitəsilə gender bərabərliyinin təşviqi naminə Tərtər Olimpiya İdman Kompleksində keçirilən turnirdən sonra gender əsaslı zorakılığa qarşı maarifləndirmə sessiyası təşkil ounub.
Qadınlara və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşək!
R.İmanov