İndoneziyada vulkan püskürüb, ölənlər var - VİDEO
İndoneziyanın Qərbi Sumatra əyalətində Marapi vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb, daha 10 nəfər isə hələ də itkin düşüb.
QHT.az xəbər verir ki, ölən və itkin düşənlərin hamısı alpinistlərdir. Bazar günü Marapi vulkanı oyananda insanlar dağa qalxırdılar. İndoneziya hakimiyyət orqanlarının məlumatına görə, 75 alpinist tələyə düşüb. Onlardan 50-dən çoxu bir gün əvvəl tapılaraq təxliyə edilib.
Xilasetmə əməliyyatı davam edir, lakin onun həyata keçirilməsinə davam edən vulkanik fəaliyyət mane olur. Meteoroloqların məlumatına görə, İndoneziya vulkanının kül sütunu 15 kilometrə qədər hündürlüyə qalxıb.
Pərvanə Fərhadqızı