“Qızılca yoluxması nəticəsində ölüm faktlarının olması reproduktiv sağlamlıq sahəsində məlumatsızlığın göstəricisidir”- QHT sədri

“Son günlərdə ölkəmizdə qızılca yoluxması nəticəsində ciddi fəsadların, hətta ölüm faktlarının olması reproduktiv sağlamlıq sahəsində məlumatsızlığın göstəricisidir. Əhali ilə kifayət qədət maarifləndirmə işlərinin aparılmaması, hələ kiçik yaşlarından insanlara bu barədə təhsil verilməməsi acı nəticələrə səbəb olur”.

Bu sözləri “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, istər ümuməhsil məktəblərində, istərsə universitetlərdə reproduktiv sağlamlıq haqqında tədrisin olmaması əsas problemlərdən biridir: “COVİD-9 bir daha göstərdi ki, bu sahədə ciddi addımlar atılmalıdır. Bu dövrdə dövlətin dərhal ciddi işlərə başlaması Azərbaycanın bu problemdən daha az fəsadlarla çıxmasına imkan verdi”.

Qeyd edək ki, reproduktuv sağlamlıq nəsil artımı qabiliyyətinin olması və azad seçim deməkdir. Reproduktiv sağlamlıq reproduktiv sistem, onun funksiya və proseslərinə aid olan bütün məsələlər daxil olmaqla insanın tam fiziki, əqli və sosial rifah halı deməkdir.

 

Pərvanə Fərhadqızı