İcma üzvləri, valideynlər və müəllimlərin iştirakı ilə “Bullinqə birlikdə “Son” deyək!” adlı təlim keçirilib - FOTOLAR
“Bullinqə birlikdə “Son” deyək!” layihəsinin fəaliyyətləri çərçivəsində icma üzvləri, valideynlərin və müəllimlərin iştirakı ilə təlim keçirilib.
QHT.az xəbər verir ki, layihənin fəaliyyətləri çərçivəsində səkkizinci təlim icma üzvləri, valideynlər üçün keçirilib. Benefisiarların əldə etdikləri biliklərin ölçülməsi üçün ilkin qiymətləndirilmə aparılıb. Təlimin birinci hissəsini Bullinqlə bağlı məlumatlandırma sessiyası təşkil edib.
İkinci hissədə mentor Azərbaycan Uşaqlar Birliyi, Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə, təlimçi Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, psixoloq Təranə Mehtiyeva, sosioloq Mətanət Quliyeva iştirakçılarla ailədə bullinq mövzusunda fikir mübadiləsi aparılıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olaraq Xıllı qəsəbə 1 saylı tam orta məktəbində icra olunan “Bullinqə birlikdə “Son” deyək!” layihəsinin müəllifi həmin məktəbin müəllimi Günay Nağıyevadır.
R.İmanov