Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın nöbəti iclası keçirilib - FOTOLAR

Bu gün Bakı Regional Miqrasiya Baş İdarəsində DMX yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Ramil Iskəndərli, Rəhilə Mehdiyeva, Fuad Əliyev, Məhsəti Hüseynova, Əli Fərzəliyev, DMX əməkdaşı Adəm Salahlı da iştirak edirdi.

QHT.az xəbər verir ki, yüksək əhval-ruhiyyə şəraitində xeyli məsələlər müzakirə olunub. Naxçıvana ilkə imza atılan səfərin nəticələri, ümumilikdə İctimai Şuranın 2023-cü il fəaliyyətinin yekunları barədə fikir mübadiləsi aparılıb və qısa müddət ərzində konkret işlər görülüb. Şuranın qısa dövr ərzində fəaliyyəti produktiv hesab edildi.

İctimai Şuranın yeni heyətinin fəaliyyət göstərdiyi müddətdə 26 miqrant və əcnəbi şəxslərdən müraciətlər daxil olub və onlara qanunvericiliyə uyğun lazımi məsləhətlər və istiqamətləndirilmə verilib. Hər bir müraciət qeydiyyata alınıb. Əsas məsələ burada odur ki, İctimai Şuranın hər bir üzvü bu prosesdə aktiv iştirak edib. Bəzən fərdi təşəbbüslər hansısa formal mexanizmlərdən (İşçi qrup, Komissiya və s.) daha effektiv olur.

İctimai Şura üzvləri eyni zamanda ötən 5 ay müddətində Bakı və Naxçıvan Qanunsuz Miqrantların Saxlanma Mərkəzlərinə monitorinq səfərlərinin nəticələri, miqrasiya sahisəndə Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil edilmiş yerli və beynəlxalq əhəmiyyətli tədbir və görüşlərdə iştirakı yüksək qiymətləndirdi.

 

Pərvanə Fərhadqızı