Mediasiya Şurası nümayəndə heyəti TV kanala müsahibə verib - VİDEO

Mediasiya Şurası nümayəndə heyətinin Naxçıvan şəhərinə səfəri çərçivəsində Bakı 8 saylı Mediasiya Təşkilatının rəhbəri Mayıl Əhməd, Bakı 14 Saylı Mediasiya Təşkilatının rəhbəri Gəray Məmmədtağıyev və Şəki 1 saylı mediasiya təşkilatının rəhbəri Dərya Yaşarlı "Naxcivantv Media"ya müsahibə verib.

QHT.az müsahibəni təqdim edir.

Qeyd edək ki, Mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanmaqla, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırır. Tərəflərin vicdanla yanaşdıqları və mübahisəni həll etməkdə maraqlı olduqları mediasiya proseslərində tərəflərin mübahisəni həll etmələri ehtimalı 85%-dən yüksəkdir. Mediasiya əksər məhkəmə proseslərindən fərqli olaraq, konfidensialdır. Bu isə tərəflər barədə həssas məlumatları qorumaqla yanaşı, tərəflərin arasındakı mübahisənin mövcudluğunu gizli saxlayır və tərəflərin öz işgüzar münasibətlərini davam etdirməklərinə şərait yaradır.

 

 

Pərvanə Fərhadqızı