Türkiyə pilotsuz təyyarədən atılan səsdən sürətli raketi uğurla sınaqdan keçirib
Türkiyənin “Baykar” müdafiə şirkəti pilotsuz uçuş aparatından atılan səsdən sürətli İHA-122 raketini ilk dəfə uğurla sınaqdan keçirib.
QHT.az xəbər verir ki, İHA-122 səsdən sürətli raket ilk sınaq atışı zamanı hədəfi dəqiqliklə vurub. Raketi hazırlayan Roketsan şirkəti bildirib ki, raket buraxılış nöqtəsindən 55 km məsafədəki hədəfi vurub. 30 km-ə qədər təsirli uçuş məsafəsinə malik TRLG-122 lazerlə idarə olunan səsdən sürətli yer-yer ballistik raketinin modifikasiyasıdır. Məhvetmə radiusu təxminən 40 m olan 13,4 kq ağırlığında döyüş başlığı ilə təchiz olunub. Yeni modifikasiya PUA-lar üçün xüsusi olaraq yaradılmışdır ki, bu da hava hücumundan müdafiə sistemlərini daha effektiv dəf etməyə imkan verir və məhvetmə məsafəsini artırır.
Pərvanə Fərhadqızı