WhatsApp yeni funksiya təqdim etdi: “Bir dəfə bax” adlı özünü məhv edən funksiya

Məşhur WhatsApp messenceri səsli mesajlar üçün “Bir dəfə bax” adlı özünü məhv edən funksiyaları təqdim edib . Bu funksiya 2021-ci ildən foto və videolar üçün işləyirdi, lakin indi o, nəhayət, tətbiqdə kommunikasiyaların məxfilik səviyyəsini artıraraq audio mesajlara da şamil edilib. Messencer tərtibatçıları yeni funksiyadan məxfiliyin artırılması tələb olunan hallarda, məsələn, həssas məlumatların ötürülməsi zamanı istifadə etməyi təklif edirlər.

QHT.az xəbər verir ki, funksiya tədricən iOS və Android platformalarındakı tətbiqdə tətbiq olunacaq. Yeniləmənin yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir. Bu funksiyanı aktivləşdirmək üçün istifadəçilər səsli mesaj yazarkən mesajın vizual ekranının yanındakı “1” işarəsinə klikləməklə “Bir dəfə bax” seçimini edə biləcəklər.

 

Pərvanə Fərhadqızı