8 dekabr - Beynəlxalq Rəssamlar Günüdür

2007-ci ildə “Dünya Xalqları Sənəti” Beynəlxalq Assosiasiyası tərəfindən 8 dekabr - Beynəlxalq Rəssamlar Günü kimi təsis edilib. 

QHT.az xəbər verir ki, Beynəlxalq Rəssamlar Günü təkcə peşəkarlar və sənət həvəskarları üçün xüsusi gün deyil. Həmçinin yaradıcılıq insana dünyadan zövq almağı və onu sevməyi bəxş edir. Rəssamlıq peşəsi min illər boyu meydana gəlib: ibtidai icma dövründən qədim insanlar daş, qaya üzərində ilk rəsm əsərlərini yaratmağa başladılar. Qədim Misirdə qədimdən rəssamlara çox hörmət edilirdi. Yaradılan təsvirlərin sehrli bir təsirə sahib olduğuna inanılırdı. Orta əsrlərdə rəssamlığın əsas istiqamətləri ikon rəssamlığı, freska (suvağı qurumamış divarda sulu boyalarla işlənir) və mozaika yarandı. İntibah dövründə isə bu gün də aktuallığını itirməyən Portret janrı inkişaf etməyə başladı.

Bu gün bayram şərəfinə mədəniyyət müəssisələrində, muzeylərdə, qalereyalarda bir çox müxtəlif tədbirlər və tematik sərgilər keçirilir. Xanbulan kənd tam orta məktəbində təsviri incəsənət müəllimi Lalə Babayevanın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar qarışıq texnikalardan ibarət VORKŞOP keçirilib. İştirak edən istedadlı şagirdlər rəssamlıq bacarıqlarını nümayiş etdiriblər. Akvarel, quaş, qrafik texnikalar ilə Heydər Əliyev sarayının, Ümummilli liderin portretini,naturmortlar və s. rəsmlər işləyiblər. Sonda gənc rəssamlar sertifikatlarla təltif olunublar

 

 

Pərvanə Fərhadqızı