QTNİB-in, Yeni Tərcümə Komandası ilə Görüş Keçirilib

Qarabağın Tərəqqisi Naminə İctimai Birliyi (QTNİB), əməkdaşlığını daha da möhkəmləndirmək və 2024cü ildəki hədəflərini müzakirə etmək üçün yeni tərcümə komandası ilə görüş keçirib.

 

Bu görüş zamanı, QTNİB idarə heyəti, layihələrinin ictimaiyyətə daha effektiv şəkildə çatdırılması və tərcümə işinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün gənc və bacarıqlı bir tərcümə komandası təyin etməkdə qərar qıldı. Yeni tərcümə komandası, yaradıcı və inkişafa həvəsli tərcüməçilərdən ibarətdir ki, layihələrimizin müxtəlif fəaliyyət sahələrində geniş yayılmağa kömək etmək məqsədilə seçilib.

 

Tərcüməçilər, QTNİB'in missiyası və qoşulduğu layihələrin əhəmiyyətini mənimsəmiş və 2024-cü ildəki yeni layihələrimizdə öz təcrübələrilə ictimai birliyimizə dəstək olacaqdır. QTNİB yeni tərcümə komandası ilə əməkdaşlığa başlamağı qürur hissi ilə qarşılayır və bu komandanın araşdırmalarımızı, layihələrimizi və məqalələrimizi uğurla tərcümə edib, səsimizi beynəlxalq ictimaiyyətə çatdıracağına şübhə duymur.