Türkiyənin Azərbaycandakı səfiri Heydər Əliyevlə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar rəsmi “X” səhifəsində paylaşım edib.

 

Paylaşımda deyilir:

 

“Qardaş Azərbaycanın ulu öndəri Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Ömrünü xalqına və qardaşlığa həsr edənlər daim ürəklərdə yaşayır.

 

Allah rəhmət eləsin”.