Şəhid Balaqardaş Vəliyevin atası dünyasını dəyişdi - Masallıda

Şəhid atası dünyasını dəyişdi 

Masallı rayonunun Viləş kəndindən olan, Vətən müharibəsi şəhidi Balaqardaş Vəliyevin atası Fərhad Vəliyev bu gün, dekabrın 12-də dünyasını dəyişib. O, xəstəlik səbəbindən vəfat edib.
Məlumat üçün bildirək ki, 24.03.2002-ci il təvəllüdlü Balaqardaş Vəliyev 1 oktyabr 2020-ci il tarixdə şəhid olub. Şəhidin nəşi 15 dekabr 2020-ci il tarixində doğulduğu Viləş kənd qəbiristanlığında torpağa tapşırılıb. O, ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.