3000 AZN dəyərində olan "Heydər Əliyev adına təqaüd"ü qazanıb

UNEC-in tələbəsi Sübhan Əlizadə Magistraturaya qəbul imtahanlarında 92 bal toplayaraq, ölkə ikincisi olub!

QHT.az xəbər verir ki, 652 balla UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin Maliyyə ixtisasına qəbul olan Sübhan Əlizadə hazırda IV kurs tələbəsidir. O, 3000 AZN dəyərində olan "Heydər Əliyev adına təqaüd"ü də qazanıb.

Sübhan təhsil almaqla yanaşı, şirkətdə kiçik audit mütəxəssisi vəzifəsində çalışır. 

QHT.az adından Sübhanı təbrik edirik, uğurlarının davamlı olmasını arzulayırıq!