Qəhrəman şəhidimiz Xəyyam Daşdəmirovun doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub.

QHT.az xəbər verir ki, o, 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidimiz iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfn olunub.

Xəyyam Daşdəmirov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Ruhu şad olsun!