Rusiya ilə NATO arasında müharibə...

Litvalı diplomat qeyd edib ki, İsveç NATO-ya daxil olduqdan sonra Baltik dənizi Alyansın daxili dənizinə çevriləcək.

QHT.az xəbər verir ki, Rusiya NATO ilə hərbi münaqişəyə başlasa, ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”. Bu barədə  Litvanın İsveçdəki səfiri Linas Linkevicius  X (Twitter) sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Diplomat qeyd edib ki, İsveç NATO-ya daxil olduqdan sonra Baltik dənizi Alyansın daxili dənizinə çevriləcək. Ona görə də, onun sözlərinə görə, Rusiyanın NATO-ya üzv dövlətlərə təcavüzü halında, ilk növbədə Kalininqrad “zərərsizləşdiriləcək”.

“Rusiyanın NATO tərəfindən mühasirəyə alınması ilə bağlı əvvəlki ittihamlar indi reallığa çevrilir”, - Linkeviçyus yekunlaşdırıb. Bundan əvvəl Kreml NATO qoşunlarının Ukraynaya mümkün yeridilməsi ideyasını şərh edərək, bu halda Alyans və Rusiya Federasiyası arasında münaqişənin qaçılmaz olacağını bəyan etmişdi.

 

Pərvanə Fərhadqızı