Acun Ilıcalının Ronaldinyoya ödədiyi qonorar açıqlanıb

Dünyaca məşhur keçmiş ulduz Ronaldinyo bir müddət əvvəl "Survivor All-Star"da qonaq olarkən, braziliyalı ulduzun Acun Ilıcalıya xərci bəlli olub.

QHT.az xəbər verir ki, məşhur televiziya xadimi və Hull City-nin sahibi Acun Ilıcalı braziliyalı ulduz Ronaldinyonu Survivor 2024-ə gətirərək böyük əks-səda yaratdı. Acun Ilıcalının Survivor verilişinin bir bölümündə iştirak etdiyi və ayaq tennisi oynadığı Ronaldinyonun da xərci bəlli olub. Acun Ilıcalı verilişində iştirak etdiyi Ronaldinyoya təxminən 150 min dollar ödəyib.