Məcburi köçkünlərin təhlükəsiz geri qayıtması dəstəklənir - FOTOLAR

Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirdiyimiz “ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi" təşəbbüsü ANAMA-nın texniki imkanlarının gücləndirilməsi, habelə yenidənqurma və bərpa işləri baxımından mühüm əhəmiyyət kəsb edir.

QHT.az xəbər veriri ki, layihə BMT-nin İnkişaf Proqramı tərəfindən ANAMA ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və Mina Məsləhət Qrupu (MAG) kimi yerli və beynəlxalq vətəndaş cəmiyyəti təşkilatları əsas tərəfdaşlar sırasındadır. Aİ və Azərbaycan bir çox istiqamətlərdə olduğu kimi, minatəmizləmə sahəsində də sıx əməkdaşlıq edir.

Gender bərabərliyinin bu sahədə təmin olunması ilə yüksək nailiyyətlər əldə edirik.

 

Pərvanə Fərhadqızı