“Avropanın içərisində ikili standartlar ilk öncə Avropanın özünü dağıdır”- Səməd Seyidov

“2022-2023- cü illərdə Azərbaycan parlamenti 20-ə yaxın yeni dostluq qrupu yaratmışdır. Bu Azərbaycan Parlamentinin apardığı diplomatik iş çərçivəsində böyük bir naaliyyətdir. Asiya Parlament Asossasiyasında nə dərəcədə böyük işlər Azərbaycan Parlamenti tərəfindən Cənab prezidentimiz tapşırıqlarını yerinə yetirilərək həyata keçirilib. Bu gün Azərbaycan elə bir gücə, elə bir təsirə malikdir ki, onun coğrafiyası həddindən artıq genişdir”.

QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və paralmentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun plenar iclasda Azərbaycan-Filippin paralmentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılması ilə bağlı danışıb. Son illər parlamentimizin beynəlxalq münasibətlər istiqamətində əldə etdiyi uğurlardan bəhs edən Səməd Seyidov maraqlı prosesin müşahidəsini izlədiyimizi də vurğulayıb: “Təəssüflər olsun ki, Avropanın içərisində ikili standartlar ilk öncə Avropanın özünü dağıdır. Avropa Birliyi komisarını bura göndərir, ən yüksək səviyyədə iclas keçirilir, Azərbaycanın rolu ən yüksək səviyyədə vurğulanır. Eyni təşkilatın parlament qrumu bir gün öncə Azərbaycana qarşı ədalətsiz, qərəzli yalanla, böhtanla dolu qərar qəbul edir”.

Daha ətraflı videoda: