Şəhidimiz Vidadi Allahverdiyevin doğum günüdür
Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu olan Vidadi Allahverdiyev 1988-ci il martın 13-də Xızı rayonunun Giləzi qəsəbəsində anadan olub.
QHT.az xəbər verir ki, o, 2020-ci ilin sentyabrında başlanan Vətən müharibəsi zamanı Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib və 27 sentyabr tarixində Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Vidadi Allahverdiyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ruhu şad olsun!