Qəzzaya hücumlar nəticəsində ölənlərin sayı 31 272 nəfərə çatıb

Qəzzanın səhiyyə nazirliyi bildirib ki, İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 31 272 nəfərə çatıb, 73 000-dən çox insan yaralanıb.

QHT.az xəbər verir ki, oktyabrın 7-dən bu yana qurbanların sayı 31 272 nəfərə çatıb, 73 024 nəfər yaralanıb.

İsrail ordusunun sektorda keçirdiyi əməliyyatlar nəticəsində son 24 saat ərzində 88 mülki şəxs həlak olub.