Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır

Masallılı güləşçilər beynəlxalq turnirin mükafatçısıdır

 

Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə güləşçilər arasında "Zəfər kuboku"da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin nəzdində Masallı Uşaq Gənclər İdman Məktəbinin (məşqçi-müəllim Qismət Əkbərov) yetirməsi Əmrah Əmrahov (48 kq) yunan-Roma güləşində ikinci yeri tutub.
Türkiyənin Antalya şəhərində güləş üzrə "Çempionlar" turnirinin ilk yarış günündə isə sərbəst güləşçimiz Ruzanna Məmmədova (62 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

 

Akif AĞAYEV