Şəhidlərimizin ailələri ziyarət olunub və onlara bayram sovqatları çatdırılıb

Novruz bayramı ərəfəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ailələri ziyarət olunub və onlara bayram sovqatları çatdırılıb.

QHT.az xəbər verir ki, sovqatlar "Azərpoçt" MMC-nin əməkdaşları tərəfindən ölkəmizin müxtəlif bölgələrində yaşayan şəhid ailələrinə təqdim olunub.