"Zəfərin 4 anı" adlı ədəbi-bədii gecə keçiriləcək

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və "Böyük Qayıdış" Gənclər Təşkilatının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, AzTV-nin media tərəfdaşlığı ilə 4 aprel 2024-cü il tarixində Heydər Əliyev Sarayında "Aprel döyüşləri"nin növbəti ildönümünə həsr olunmuş "Zəfərin 4 anı" adlı ədəbi-bədii gecə keçiriləcəkdir.

QHT.az xəbər verir ki, Şəhidlərimizin əziz xatirəsinə həsr olunan tədbirdə igid Vətən övladlarının torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda göstərdiyi şücaət və qəhrəmanlıqlar bədii, musiqili, teatral formada təqdim ediləcəkdir.