İstanbulda əyləncə mərkəzində baş verən yanğında ölənlərin sayı 29-a çatıb

Yanğınla bağlı inzibati araşdırma aparılıb, 2 mülki müfəttiş cəlb olunub.

QHT.az xəbər verir ki, İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 3 prokuror təyin edilib. Hadisə yerinə baxış və sübutların toplanması istiqamətində işlər davam etdirilərkən, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi mütəxəssisləri də daxil olmaqla 3 nəfərdən ibarət ekspert qrupu yanğının başvermə səbəbləri üzərində işləyir.

Məlumdur ki, binada təmir işləri aparılır. İstintaq zamanı 3-ü istehsalat məmuru, məsul rəhbər və təmirə məsul şəxs olmaqla, ümumilikdə 5 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.

Bundan əvvəl Türkiyə mətbuatı 16 mərtəbəli binanın aşağı mərtəbələrində yerləşən əyləncə mərkəzində baş verən yanğınla bağlı xəbər yayıb.

 

Pərvanə Fərhadqızı